Paşinyan: "Tavuşda işlərin 90 faizi tamamlanıb"

Paşinyan: "Tavuşda işlərin 90 faizi tamamlanıb"

Tavuş bölgəsində gedən sərhədlərin müəyyən edilməsi prosesinin bir məqsədi var: müharibəni mənasız, məntiqsiz və real olmayan etmək.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında deyib.

“Hazırda Tavuşda görülən işlərin 90 faizi tamamlanıb. Bu iş getdikcə təhlükəsizlik təminatlarının formalaşdığına, müharibənin məntiqsiz xarakter almağına gətirir”.

Paşinyanın sözlərinə görə, indi Ermənistanın inkişafı ilə bağlı strateji baxışa yenidən baxılması zərurəti önə çıxıb.

Baş nazir slaydlardan istifadə edərək Ermənistan Respublikası haradır, ərazisi nə qədərdir, suverenlik, müstəqillik nədir və s. məsələlərdən bəhs edib.

"Ermənistan Respublikası deyəndə biz 29 min 743 kvadratmetr km ərazini nəzərdə tuturuq", - o vurğulayıb.

Ermənistan KİV-ləri yazır ki, Paşinyanın nümayiş etdirdiyi slaydların fonunda Araqat dağının təsvir edilməsi diqqət çəkib.

"Cebhe.info"