10-cu sinif şagirdinin ölümü araşdırılır

10-cu sinif şagirdinin ölümü araşdırılır

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin 10-cu sinif şagirdi 6 may 2024-cü il tarixində vəfat edib.

Bu barədə "Cebhe.info"-ya Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Qarabağ Regional Təhsil İdarəsi rəhbərliyi və kollektivi şagiridin vəfatından kədərləndiyini bildirib, ailəsinə və yaxınlarına səbr diləyib.

Şagirdiin vəfat etmə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. 

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Naibə
"Cebhe.info"