Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşdü

Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşdü

Baş nazirinin müavini Şahin Mustafayev mayın 7-də Azərbaycanda diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İranın səfiri Seyid Abbas Musəvi ilə görüşüb. 

"Cebhe.info" Azərtaca istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. 

Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb. 

"Cebhe.info"