Gürcüstan Azərbaycandan şəkər idxalını azaldıb

Gürcüstan Azərbaycandan şəkər idxalını azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 171 min ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 90 % azdır.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 19 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 20 % azdır. O cümlədən Fransadan 4,3 milyon ABŞ dolları, Türkiyədən 3,3 milyon ABŞ dolları, Rusiyadan 3 milyon ABŞ dolları, Niderlanddan 2,1 milyon ABŞ dolları, Ukraynadan isə 1,61 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 140 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib ki, bunun da 3,4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

"Cebhe.info"