İrəvandə müxalifətin mitinqi başlayıb

İrəvandə müxalifətin mitinqi başlayıb

"Vətən uğrunda Tavuş" hərəkatının bir neçə min tərəfdarı Ermənistan hökumətinə etiraz etmək üçün İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Respublika meydanı etirazçılarla dolub, Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan artıq onlara qoşulub. Meydanın yaxınlığında polis qüvvələri və xüsusi texnika var.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti mayın 9-da planlaşdırılan etiraz aksiyasının iştirakçılarının qanunsuz hərəkətlərinə qarşı xəbərdarlıq edərək, konstitusiya quruluşunu təhdid edən hər hansı qanunsuz hərəkətin qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə zərərsizləşdiriləcəyini vəd edib.

"Cebhe.info"