Seneqalda təyyarə qəzası: 85 nəfər...

Seneqalda təyyarə qəzası: 85 nəfər...

Seneqalın paytaxtı Dakarda sərnişin təyyarəsinin uçuş-enmə zolağından çıxması nəticəsində 10 nəfər xəsarət alıb.

"Cebhe.info" xəbər verir ki, Seneqal Nəqliyyat Nazirliyindən verilən açıqlamada 85 nəfəri daşıyan “Boeing 737” tipli sərnişin təyyarəsi Dakar hava limanında uçuş-enmə zolağından çıxıb. Dəhşətli qəzada 10 nəfər yaralanıb.

Nəqliyyat naziri El Malik Ndiaye 79 sərnişin, 2 pilot və 4 kabin heyəti ilə “Air Senegal” təyyarəsinin Bamakoya getdiyini bildirib. 

Yaralıların müalicə üçün xəstəxanaya aparıldığı, digər sərnişinlərin isə otelə aparıldığı bildirilib.

Sosial şəbəkələrdə paylaşılan fotolarda təyyarənin bir mühərrikinin sıradan çıxdığı, bir qanadının zədələndiyi görünür.

Nigar Hacılı 
"Cebhe.info"