“Abzas Media”nın saxlanılan üç əməkdaşı barədə qərar
Məhkəmə “AbzasMedia” işi çərçivəsində saxlanılan Ülvi Həsənli, Sevinc Vaqifqızı və İmran Əliyev barədə qərar verib.
"Cebhe.info" Yenisabah.az-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb və vəsatət təmin edilməyib.
Qeyd edək ki, ötən il noyabrın 20-də Ü.Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. İmran Əliyev isə ötən ay hava limanında saxlanılıb. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.
Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər. (Report)
"Cebhe.info"