Sankt-Peterburqdakı “Toyota” zavodu "Aurus"a verilib

Sankt-Peterburqdakı “Toyota” zavodu "Aurus"a verilib

Sankt-Peterburqdakı keçmiş “Toyota” zavodunda “Aurus” avtomobillərinin istehsalına 2024-cü ilin sonuna qədər başlamaq planlaşdırılır, ərazi artıq avtomobil istehsalçısına verilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini və Sənaye və Ticarət Nazirliyinin rəhbəri vəzifəsini icra edən Denis Manturov məlumat verib.

"Aurus" Rusiya Prezidenti Vladimir Putinin limuzinlərini və yüksək vəzifəli məmurların üstünlük verdiyi lüks avtomobillərini istehsal edir.

Xatırladaq ki, Toyota Rusiya-Ukrayna müharibəsi səbəbindən 2022-ci ildə Sankt-Peterburqdakı fabrikində istehsalı dayandırmaq qərarına gəlmişdi və bundan sonra fabrik NAMI-yə verilmişdi.

Nigar Hacılı 
"Cebhe.info"