Prezidentin helikopterini AKINCI tapıb - VİDEO

Prezidentin helikopterini AKINCI tapıb - VİDEO

Türkiyənin AKINCI pilotsuz uçan aparatı (PUA) səhər saatlarında İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğradığı ərazidə axtarışlara qoşulub və onu tapıb.

 "Cebhe.info" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, PUA qəzanın baş verdiyi ehtimal edilən mənbəni müəyyən edib və onun koordinatlarını İran hökuməti ilə bölüşüb.

Qeyd edək ki, Rəisini daşıyan helikopter qəzaya uğradıqdan sonra Türkiyə Milli Müdafiə Nazirliyi axtarış fəaliyyətlərində iştirak etmək üçün AKINCI PUA və gecəgörmə qabiliyyətinə malik "Cougar" tipli helikopter təyin edib.

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olduğu bildirilib.

Bunu  İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.

“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”

Xəbəri "Mehr" agentliyi də yayıb.

Xəzər

"Cebhe.info"