Stiven Siqal “qara siyahı”ya düşdü

Stiven Siqal “qara siyahı”ya düşdü

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinə simpatiyası ilə tanınan amerikalı aktyor Stiven Siqala məhdudiyyətlər qoymağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə EUobserver nəşri məlumat yayıb.

Nəşr yazır ki, Rusiyaya qarşı 14-cü sanksiyalar paketi Aİ-də təbliğat aparan və Avropa Parlamentinin üzvlərinə rüşvət verməyə cəhd edənlərə zərbə vuracaq.

Putinin andiçmə mərasimində iştirak edən Stiven Siqal şəxsi sanksiyalara məruz qalacaq.

Avropa İttifaqının nümayəndəsi nəşrə bildirib ki, aktyorun hərəkətlərinin Ukraynaya zərərli olduğuna dair güclü hüquqi sübutlar olarsa, Siqala qarşı daha sərt sanksiyalar tətbiq edilə bilər.

Xatırladaq ki, Siqal mayın 7-də Vladimir Putinin andiçmə mərasimində iştirak edib.

"Cebhe.info"