MİQ imtahanında bu şəxslərə GÜZƏŞT

MİQ imtahanında bu şəxslərə GÜZƏŞT

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi ilə bir sıra məlumatlar açıqlanıb. 

İnsan Resursları Mərkəzindən "Cebhe.info"-ya verilən  xəbərə görə, müraciətdə qeyd edilir ki, əvvəlki illərdə yaradılmış şəxsi səhifə deaktiv olunur. Müsabiqədə iştirak etmək üçün yenidən www.miq.edu.az saytından qeydiyyatdan keçməlidirlər.Müsabiqədə iştirak etmək istəyən namizədlər elektron sənəq qəbulu üçün elan edilən vaxtda “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı aktiv əlaqə nömrəsi və elektron poçt ünvanını qeyd etmək, həmçinin şəxsi kabinetə təyin etdikləri şifrəni unutmamaq tövsiyə olunur. Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan (cari tədris ili üzrə təhsilini tamamlamış) sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nömrəsi” bölməsinə “Arayış” sözü yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaq.

Nigar
"Cebhe.info"