Duz və xərçəng arasında əlaqə tapıldı - ARAŞDIRMA

Duz və xərçəng arasında əlaqə tapıldı - ARAŞDIRMA

Yeməyə duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginin inkişaf riskinin 39% artması arasında əlaqə var.

Bunu Vyana Tibb Universitetinin alimləri müəyyən ediblər. 

“Cebhe.info” xəbər verir ki, araşdırmanın nəticələri “Gastric Cancer” jurnalında dərc olunub.

Alimlər 470 mindən çox böyüklərin sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılardan həmçinin hazırlanmış qidalara nə qədər tez-tez duz əlavə etdiklərini və duzlu qəlyanaltılar (çips, balıq, turşu tərəvəz) yediklərini bildirmələri xahiş olunub. 

Tədqiqatçılar lazımi məlumatları topladıqdan sonra 11 il davam edən iştirakçıların monitorinqinə başlayıblar.

Nəticədə süfrə arxasında tez-tez duz çalan adamların mədə xərçənginə daha tez-tez yoluxduğu ortaya çıxdı. Alimlərin fikrincə, qidaya duz əlavə etmək bu xəstəliyə tutulma riskini 39%-dən çox artıra bilər. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, mədə xərçənginin qarşısını almaq üçün duzdan tamamilə imtina etmək lazım deyil. Nadir hallarda yeməklərə duz əlavə etmək tədqiqatda risk faktoru olmayıb.

Xəzər
“Cebhe.info”