Aİ helikopterin qəza enişi etməsi barədə xəbərləri izləyir

“Avropa İttifaqı İranın Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianı daşıyan helikopterin qəza enişi etməsi barədə xəbərləri diqqətlə izləyir”.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” hesabında yazıb:
“Göyərtəsində İran Prezidenti və xarici işlər nazirinin olduğu helikopterin gözlənilmədən eniş etmək məcburiyyətində qaldığı və onların vəziyyətinin hələ aydın olmadığı barədə xəbərləri diqqətlə izləyirik”.
"Cebhe.info"