Netanyahu: "Qəzzanı ələ keçirəcəyik"

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının hamısını işğal edəcəklərini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, sosial mediada yayımlanan videoda Netanyahu Qəzzaya humanitar yardım axınını tənqid edən nazirlərə cavab verib və yardımın keçməsinə icazə vermək üçün təzyiq altında olduqlarını bildirib.
Qəzzaya humanitar yardımların girişini əngəlləmək qərarı ilə böyük fəlakətə səbəb olduqlarını etiraf edən Netanyahu bu nöqtədə heç bir dəstək görməyəcəklərini bildirib və “Aclıq həddinə çatmamalıyıq” deyib.
İlk dəfə Qəzza zolağının hamısını işğal edəcəklərini ifadə edən Netanyahu, "Qəzza zolağının hamısını ələ keçirəcəyik. Qırmızı xəttə yaxınlaşdığımız üçün yardım gətirəcəyik" deyib.
Yardımın HƏMAS-a çatdığını və bu səbəbdən yardım axınını dayandırdıqlarını irəli sürən Netanyahu, ABŞ ilə fərqli bir mexanizm qurmağa qərar verdiklərini, buna uyğun olaraq qurulacaq paylama məntəqələrində İsrail ordusunun yardımların təhlükəsizliyini təmin edəcəyini, ABŞ şirkətlərinin də paylanmasını təmin edəcəyini qeyd etdi.
Netanyahu bu məntəqələrin yaradılması üçün çalışdıqlarını, lakin onların qurulmasının zaman alacağı üçün yardımların ən tez mayın 24-dək köhnə qaydada paylanacağını, İsrail ordusunun isə yardımların paylandığı məntəqələrə “nəzarət alacağını” deyib.
Nigar Hacılı
"Cebheinfo.az"