Onlar ilk dəfə çempion oldu - ADLAR

Onlar ilk dəfə çempion oldu - ADLAR

Ötən gün Türkiyə Super Liqasında “Qalatasaray” 25-ci dəfə çempion olub.

“Cebheinfo.az” xəbər verir ki, “Cim-Bom” 5-ci ulduzu taxan ilk türk klubu olaraq tarixə keçib.

İstanbul təmsilçisinin heyətində yer alan 27 futbolçunun 21-i daha əvvəl karyeraları ərzində ən azı 1 dəfə çempionluq sevinci yaşayıblar.

Heyətdəki 6 futbolçu isə ilk dəfə çempion olublar.

Belə ki, Qabriel Sara, İsmail Yakobs, Eren Elmalı, Pzemislav Frankovski, Ahmed Kutucu və Berat Luş ilk dəfə çempionluq sevinci yaşayıblar. 

Elmir
“Cebheinfo.az”