Azərbaycanlı deputat "Qalatasaray"ı belə təbrik etdi - FOTO

Azərbaycanlı deputat "Qalatasaray"ı belə təbrik etdi - FOTO

Milli Məclisin deputatı Hikmət Babaoğlu maraqlı paylaşım edib.

“Cebheinfo.az” xəbər verir ki, siyasətçi “Facebook” hesabında “Qalatasaray”ı Türkiyə Super Liqasında çempion olması münasibəti ilə təbrik edib.

Millət vəkili sevincini bu sözlərlə qeyd edib:

“Cim-Bom “Qalatasaray”! “Qalatasaray” çempion! Təbrik edirik!”

Xatırladaq ki, “Qalatasaray” Super Liqanın bitməsinə 2 tur qalmış çempionluğunu elan edib.

İstanbul klubu ardıcıl 3-cü dəfə çempion olaraq 5-ci ulduzu taxan ilk türk komandası olub.

Elmir Mustafa
“Cebheinfo.az”