Bu ölkədə prezident seçkiləri ikinci tura qaldı

Bu ölkədə prezident seçkiləri ikinci tura qaldı

Polşada prezident seçkilərinin ikinci turu qalıb. 

"Cebheinfo.az" xəbər verir ki, 13 namizədin mübarizə apardığı seçkilərdə Rafal Trzaskowski 31,2 faiz, Karol Nawrocki isə 29,7 faiz səs toplayıb və iyunun 1-də keçiriləcək ikinci turda yarışacaq iki namizəd olub.

Polşada keçirilən prezident seçkiləri namizədlərin heç biri 50 faizdən çox səs toplamadığı üçün ikinci tura qalıb.İndiyədək səslərin 95,2 faizinin hesablanması ilə hakim partiyanın əsas komponenti olan Vətəndaşların Platforması Partiyasının (Platforma Obywatelska) namizədi Rafal Trzaskovski və müxalifətdə olan Hüquq və Ədalət Partiyasının (Prawo i Sprawiedliwosci) namizədi Karol Navroçki, iyunda keçiriləcək seçkisində yarışacaqlar. 

Polşa Dövlət Seçki Komissiyasının (PKW) məlumatına görə, 13 namizədin mübarizə apardığı seçkilərdə Rafal Trzaskowski 31,2 faiz, Karol Navroçki isə 29,7 faiz səs toplayıb. 29 milyona yaxın seçicisi olan ölkədə seçkilərdə iştirak 66,8 faiz təşkil edib.Polşada prezident seçkiləri beş ildən bir keçirilir və bir şəxs maksimum iki dəfə prezident seçilə bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"