Öcalanla görüşən İmralı heyəti CHP-yə gedir

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) növbəti dəfə siyasi partiyalarla görüş turuna başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, DEM Partiyanın heyəti həmsədrlər Tuncer Bakırhan, Tülay Hatimoğulları, Qrup sədr müavini Gülistan Koçyiğit və deputat Sezai Temellidən formalaşır.
Onlar ilk olaraq Demokratiya və Sıçrayış Partiyasına (DEVA) gediblər.
Sözügedən heyətin növbəti ziyarət edəcəkləri partiyalar isə Səadət Partiyası, Cümhuriyyət Xalq Partiyasının (CHP) və Gələcək Partiyası olacaq.
Elmir Mustafa
“Cebheinfo.az”