15 nəfəri ildırım VURDU

Hindistanda ildırım vurması nəticəsində 15 nəfər ölüb.
"Cebheinfo.az" xəbər verir ki, Odişanın Koraput, Jajpur, Dhenkanal, Mayurbhank, Gəncəm və Qacapati də daxil olmaqla bir çox rayonlarında güclü yağışdan sonra ildırım çaxması nəticəsində 15 nəfər həyatını itirib.
Hindistan Meteorologiya Departamenti (IMD) ştatda güclü yağış, tufan və şimşək çaxmasının davam edəcəyi barədə xəbərdarlıq edib.
Səlahiyyətlilər əhaliyə diqqətli olmaQ və lazımi tədbirləri görməK barədə xəbərdarlıq edib.
Nigar Hacılı
"Cebheinfo.az"