Yeni prezident ODUR

Rumıniyada keçirilən prezident seçkilərində Buxarestin meri, müstəqil namizəd Nikuşor Dan qalib gəlib.
"Cebheinfo.az" xəbər verir ki, mayın 4-də keçirilən seçkinin birinci turunda heç bir namizəd 50 faizdən çox səs toplamadığından, dünən (18 may bazar günü) keçirilən ikinci turda mərkəzçi partiyaların dəstəyini alan müstəqil namizəd Dan və ifrat sağçı Rumınların Birlik Alyansının (AUR) namizədi George Simion iştirak edib.
Rumıniya Mərkəzi Seçki Bürosunun (MSB) açıqladığı ilkin nəticələrə görə, Dan 54,3 faiz, rəqibi Simion isə 45,7 faiz səs toplayıb. Təxminən 18 milyon seçicinin olduğu Rumıniyada 11 milyondan çox seçici səs verib. Birinci turda Simion 41 faiz, Dan isə 21 faiz səs toplamışdı.
Nigar Hacılı
"Cebheinfo.az"