Sumqayıtda maşınla vurulan qazi Bakıya GƏTİRLDİ

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qazi Rəşad Poladov özəl tibb müəssisəsinə köçürülüb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, 17.05.2025-ci il tarixində saat 14:10 radələrində yol qəzasında xəsarət alan 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs reanimasiya şöbəsinə yerləşdirilib.
Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 3:40 radələrində sözügedən şəxs Bakıya özəl tibb müəssisəsinə təxliyə olunub.
12:10
Sumqayıtda maşın qazini vurub.
"Cebheinfo.az" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.
Rəşad Poladov hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
"Cebheinfo.az"