“Ədalət Şükürov toy apara bilməz” - VİDEO

“Ədalət Şükürov toy apara bilməz” - VİDEO

"Toy məktəbdir. Əvvəl hər bölgədə oranı tanıyanı toya dəvət edirdilər. Bizdə Maştağada deyirdilər, filankəsə deyin. çünki kənd camaatını tanıyır. Ağdamda deyirdilər Səidi oxusun toyu. Süfrəyə də kəndə uyğun yemək qoyulurdu. Hətta xıngəl də verilirdi".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Gün ortası" proqramında deyib. Sənətçi toy aparmaq bacarığından danışıb:

"Məmmədbağır Bağırzadəni hamı toyunda istəyirdi. Qohumla, qonaqla, kiçiklə davarana bilirdi. İndi toylar formasını dəyişdi. Məsələn, İbrahim tatlısəs gəldi və toyda konsert proqramı təqdim etdi. 

Dostumdur, amma Ədalət Şükürov toy apara bilməz. Onun öz mahnıları var və onu sevə-sevə qəbul edirik. Əsasən sevilən mahnıların müğənniləri seçilib toya çağrılır. Böyük pullar hesabına böyük müğənnilər çağırırq".

Əməkdar artist Elton Hüseynəliyev "Ədalət toy apara bilməz. Amma başqası da Ədalət kimi gəlib şirin oxuya bilməz. Hərənin öz gözəlliyi var" sözlərini əlavə edib. 

"Cebheinfo.az"