Dörd ölkə lideri Trampla danışıqlar apardı

İtaliya və Böyük Britaniyanın Baş nazirləri Ciorcia Meloni və Kir Starmer, Almaniya Kansleri Fridrix Mertz və Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampla telefonla məsləhətləşmələr həyata keçirib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliya hökumətinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, mayın 18-i axşam saatlarında aparılan danışıqların əsas mövzusunu Ukraynadakı münaqişənin nizamlanması məsələsi təşkil edib.
Xatırladaq ki, D.Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacağını açıqlayıb.
"Cebheinfo.az"