Baş Prokurorluğun idarə rəisi Qarabağ Universitetində

Baş Prokurorluğun idarə rəisi Qarabağ Universitetində

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Qarabağ Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşərək "Cinayət məsuliyyətindən və cəzadan azad etmə" mövzusunda mühazirə (ustad dərsi) deyib.

“Cebheinfo.az” xəbər verir ki, praktiki bilik və bacarıqların artırılması məqsədi daşıyan mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Mühazirə Qarabağ Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında 18 dekabr 2024-cü il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib. Müvafiq mövzularda mühazirələrin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Qarabağ Universiteti eyni zamanda Baş Prokurorluğun təşəbbüsü ilə reallaşdırılan “ECOLEAD” layihəsinin tərəfdaşlarından biridir.

Nigar
“Cebheinfo.az”