Ronaldonun oğlu millidə dubl etdi: Atası kimi sevindi - VİDEO

Ronaldonun oğlu millidə dubl etdi: Atası kimi sevindi - VİDEO

Kriştianu Ronaldonun oğlu Junior Kriştianu Portuqaliya U-15 millisində növbəti matçına çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, o, Xorvatiya ilə oyunda forma geyinib. 

Junior bu matçda iki qol vurub. O, matçın 13 və 44-cü dəqiqəsində fərqlənib. Nəticədə Portuqaliya Xorvatiyaya 3:2 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, daha əvvəl “Real”ın Junior Kriştiano ilə maraqlandığı yazılmışdı. Madrid təmsilçisinin skautları futbolçunu bu matçda izləyiblər.  

"Cebheinfo.az"