70 terrorçu öldürüldü

Somalinin Hirşabel əyalətində ordu birlikləri ilə "Əl-Şəbab" silahlıları arasında baş verən qarşıdurmada 70 terrorçu zərərsizləşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, Somali İnformasiya Nazirliyindən verilən yazılı açıqlamada, son 48 saatdır davam edən əməliyyatlarda Hirşabelle əyalətininbölgələrində "Əl-Şəbab" qruplaşmasına qarşı şiddətli qarşıdurmaların yaşandığı bildirilib.
Açıqlamada ölkənin təhlükəsizliyini təhdid edən və bölgədə yayılmağa çalışan terror təşkilatına ağır zərbə vurulduğu və 70 terrorçunun zərərsizləşdirildiyi vurğulanıb.
Bəyanatda Somali ordusunun əməliyyatlarına dəstək verən yerli xalqın töhfəsi təqdir edilir. Ordu və xalqın əməkdaşlığı sayəsində təşkilatın irəliləyişinin dayandırıldığı qeyd edilib.
"Əl-Şəbab"ın Hirşabelle vilayətində Hiran və Orta Şəbab bölgələri arasındakı yaşayış məntəqələrinə intensiv hücumlar təşkil edir. Təşkilatın vilayətin strateji şəhərlərindən biri olan Adan Yabalı ələ keçirərək bölgədəki təsirini artırmağa çalışdığı qeyd edilib.
Nigar Hacılı
"Cebheinfo.az"