Putin müharibə ilə bağlı QƏRARINI VERDİ

Rusiya ordusu və cəmiyyəti yaxın gələcəkdə atəşkəs və müharibənin dayandırılmasını dəstəkləmir.
Kreml uzun sürən kampaniyaya haqq qazandırmaq üçün bunda istifadə edir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Hesabatda Ukraynada döyüş əməliyyatlarında iştirak etmiş və ya iştirak edən 11 rus əsgərinin “The New York Times” qəzetinə verdiyi müsahibələrə istinad edilib. Müsahibə edilən hərbçilərdən bəziləri hərtərəfli atəşkəsin əleyhinə qəti şəkildə çıxış ediblər. Onlar hesab edirlər ki, Rusiya ordusu Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətlərinin bütün ərazisini ələ keçirənə qədər döyüşməlidir.
Onlar, həmçinin Rusiyanı ərazi qazancları əldə olunana qədər müharibəni davam etdirməyə, Ukrayna və Qərbə heç bir güzəştə getməməyə çağırırlar. Onların fikrincə, bu, Rusiyanın 5-10 ildən sonra yenidən Ukrayna ilə vuruşmaması, həm də indiki müharibədə rusların qurbanlarının boş yerə qalmaması üçün lazımdır.
Rusiyanın müstəqil müxalif “Xronika” sosioloji təşkilatının aprel ayında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin təxminən yarısı sülh sazişinin əleyhinə çıxıb. Hesabatda 2025-ci ilin aprelində müxalifətin “Verstka” nəşri tərəfindən 100 rusiyalı hərbçi arasında keçirilmiş sorğunun nəticələrinə də istinad edilib.
Onun nəticələrinə görə, respondentlərin yalnız 18%-i Putinin bəyan etdiyi müharibə məqsədlərinə çatana qədər Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını dəstəkləyib. Respondentlərin yalnız beşdə biri qarşıdakı aylarda müharibənin bitəcəyinə inanır.
ISW qeyd edib ki, bu cür sorğu nəticələri Kremlin Rusiya informasiya məkanını yaxın gələcəkdə sülh sazişi üçün hazırlamadığını göstərir. Rusiya ordusu və cəmiyyəti müharibənin tezliklə bitəcəyini gözləmir. Analitiklər deyirlər ki, Kreml Putinin Rusiya dövləti üçün həyati əhəmiyyət daşıyan müharibə məqsədlərinə haqq qazandırır:
"Ukrayna Rusiyanın tələblərini qəbul edənə qədər Putin döyüşü davam etdirməyə hazırdır. Bu, ona görə baş verir ki, Kreml Rusiya cəmiyyətini və ordusunu belə bir ssenariyə lazımi şəkildə hazırladığına əmindir”.
Xəzər
“Cebheinfo.az”