Edam edilmiş məşhur casusla bağlı 2500 gizli məlumat TAPILDI

İsrailin kəşfiyyat agentliyi MOSSAD Suriyada xüsusi əməliyyat zamanı edam edilmiş casus Əli Kohen haqqında 2500 gizli sənədi ələ keçirib.
“Cebheinfo.az” xəbər verir ki, bunu “The Jerusalem Post” yazır.
Məlumata görə, Suriya hökuməti bu sənədləri yüksək məxfiliklə təhlükəsiz yerdə saxlayıb və hətta dekabrın 7-8-də keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra belə onları tapmaq və onların çıxarılmasını planlaşdırmaq vaxt aparıb. Bu fayllarda MOSSAD Koenin saxta pasportlarını, mənzilinin açarlarını, həmçinin kəşfiyyat idarəsindən aldığı mesajları və tapşırıqlarını tapıb.
Bundan əlavə, fayllarda Suriyanın yüksək rütbəli rəsmiləri ilə görüşləri zamanı suriyalıların Koeni izləməsi ilə bağlı məlumatlar, həmçinin Koenin edamdan əvvəl yazdığı vəsiyyətnamənin və mesajın əsli var. İndiyə qədər bunların ancaq surəti ictimaiyyətə təqdim olunub.
Xəzər
“Cebheinfo.az”