13 il sonra intiqam aldılar... - VİDEO

Ötən gecə Türkiyə Superliqasında 34-cü turun oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Samsunspor” doğma meydanda “Sivasspor”la qarşılaşıb.
Samsunlular bu matçda 1:0 hesablı qələbə qazanaraq Avropa Liqasına vəsiqə qazanıb. “Sivasspor” isə aşağı liqaya yuvarlanıb.
Meydan sahiblərinin azarkeşləri bu qələbəni böyük sevinclə qeyd edib. Buna səbəb isə 13 il əvvəl baş verən hadisə olub.
Belə ki, 2012-ci ildə “Samsunspor” “Sivasspor”la üz-üzə gəlib. Həmin vaxt samsunlular məğlub olacağı halda aşağı liqaya yuvarlanacaqdı. “Sivasspor” isə qələbə qazanıb avrokuboklara gedə bilərdi. Sivaslılar həmin matçda 2:1 hesablı qalib gələrək avrokuboklara yollanır.
Samsunlular isə aşağı liqaya düşür və rəqib komanda onların gözü qarşısında qələbəsini böyük sevinclə qeyd edir.
Həmin vaxt “Samsunspor” prezidenti Emin Kara və azarkeşlər rəqibin bu cür sevincinə çox əsəbiləşir və etiraz edirlər.
2025-ci ildə - 13 il sonra isə həmin məğlubiyyətin intiqamı alınır. “Sivasspor” aşağı liqaya düşür, “Samsunspor” azarkeşləri də bu matçdakı qalibiyyəti rəqibi qıcıqlandırmaq üçün böyük sevinclə qeyd edirlər.
Tərəfdarlar “Tarix təkərrürdən ibarətdir” yazılmış pankart da açıblar.
"Cebheinfo.az"