Türkiyənin bu ölkədəki səfiri vəfat etdi

Türkiyənin bu ölkədəki səfiri vəfat etdi

Türkiyənin Maltadakı səfiri Erdeniz Şen vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

51 yaşlı səfir uzun müddətdir müalicə olunduğu xəstəxanada bu gün dünyasını dəyişib. Diplomatın dəfn mərasimi Ankarada keçiriləcək.

Qeyd edək ki, E. Şen 2022-ci ildə Türkiyənin Vallettadakı səfiri vəzifəsinə təyin edilib. O, evli və iki uşaq atası idi.

"Cebheinfo.az"