ABŞ-ın vitse-prezidenti: Ukrayna üzrə danışıqlar dalana dirənib

ABŞ-ın vitse-prezidenti: Ukrayna üzrə danışıqlar dalana dirənib

Ukraynada müharibənin başa çatması ilə bağlı danışıqlar dalana dirənib.

Bu barədə “Fox news” ABŞ-ın vitse-prezidenti Cey Di Vensə istinadən məlumat yayıb.

“Ukraynadakı müharibə ilə bağlı danışıqların müəyyən bir çıxılmaz vəziyyətə düşdüyünü başa düşürük”, - ABŞ-ın vitse-prezidenti deyib.

Eyni zamanda, o əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin “müharibədən necə çıxacağını tam bilmir”.

“Əgər Rusiya iştirak etmək istəmirsə, nəticədə ABŞ bunun bizim müharibəmiz olmadığını söyləməlidir”, Vens vurğulayıb.

"Cebheinfo.az"