Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində talama cinayəti qeydə alınıb.
Əlvan metalların alqı-satqısı ilə məşğul olan bir nəfərə naməlum şəxs yaxınlaşıb zor tətbiq etməklə pulunu ələ keçirib.
"Cebheinfo.az" xəbər verir ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Rabil Quliyev müəyyən edilərək tutulub.
Saxlanılan şəxsin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb. R.Quliyev ifadəsində narkotik vasitə aludəçisi olduğunu etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"