Madonna anasının xatirəsinə görünüşünü dəyişdi - FOTOLAR

Amerikalı məşhur müğənni Madonna anasının xatirəsini yad etmək üçün görünüşünü dəyişib.
Oxu.Az-ın verdiyi məlumata görə, o, sosial şəbəkədə paylaşdığı fotoda uzun platin saçlarını tünd rəngli obrazla əvəzləyib, özünü anasına bənzətməyə çalışıb.
66 yaşlı ulduz paylaşımında - "Anam üçün darıxdım, ona görə də onun kimi geyindim…" - yazaraq izləyiciləri ilə emosional anını bölüşüb.
Qeyd edək ki, Madonna cəmi 5 yaşında olarkən anası Luiza Çikkoneni itirib.
Müğənni daha əvvəl bildirmişdi ki, ailəsi onun anasının ölümcül xəstə olduğunu gizlədib və sadəcə "yatdığını" deyib. Bu isə onun illərlə yuxu problemləri yaşamasına səbəb olub.
Qeyd edək ki, Madonnanın həyatı haqqında serial çəkilməsi planlaşdırılır. Uzun müddətdir bu layihə ilə bağlı müzakirələr aparılırdı. Əvvəllər tammetrajlı film nəzərdə tutulsa da, indi layihənin serial formatında təqdim ediləcəyi bildirilib.
"Cebheinfo.az"