"Liverpul" Ceremi Frimponqun keçidini tamamladı

"Liverpul" Ceremi Frimponqun keçidini tamamladı

"Bayer Lekerkuzen"in müdafiəçisi Ceremi Frimponq "Liverpul"un futbolçusu olacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

O, bildirib ki, tibbi müayinənin son mərhələsi və müqavilənin imzalanması yaxın saatlarda baş tutacaq. Qeyd olunub ki, 35 milyon avroluq sərbəstqalma maddəsi aktivləşdirilib.

Frimponq mövsümün sonunda klubdan ayrılaraq "Real Madrid"ə keçəcəyi dəqiqləşən Trent Aleksander-Arnoldu əvəz etməlidir.

"Cebheinfo.az"