Pul verib xərçəngi evimizə APARIRIQ

İsveçrə, Fransa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu qida qablaşdırmalarından və ultra emal olunmuş qidalardan əldə edilən sintetik kimyəvi maddələrin sağlamlığa mənfi təsir göstərdiyini sübut edib.
Onların araşdırmasına görə, bu məhsullar xərçəng, ürək-damar patologiyaları, metabolik pozğunluqlar, neyrodegenerativ və reproduktiv pozğunluqlara səbəb ola bilər.
“Cebheinfo.az” xəbər verir ki, tədqiqat “Nature Medicine” (NatMed) elmi jurnalında dərc olunub.
Bisfenollar, ftalatlar və PFAS kimi qida ilə təmasda olan kimyəvi maddələr (FCC) qidaya daşınma və emaldan tutmuş qablaşdırma və hazırlığa qədər müxtəlif mərhələlərdə daxil olur. Xüsusi təhlükə tərkibində yalnız sintetik əlavələr deyil, həm də qablaşdırmadan zərərli birləşmələri aktiv şəkildə udmaqda olan ultra emal olunmuş qidaların (UPF) artan istehlakıdır.
Tədqiqatın aparıcı müəllifi Ceyn Munke görə, müasir qablaşdırılmış və ultra emal olunmuş qidalar rahat, dadlı olsa da, çox vaxt mikroplastik və təhlükəli kimyəvi maddələrin mənbəyidir. Lakin onların sağlamlığa təsiri hələ lazımi səviyyədə öyrənilməyib.
Alimlər qida sənayesində kimyəvi maddələrin istifadəsinə daha sərt nəzarət, daha təhlükəsiz qablaşdırma materiallarının hazırlanması və UPF istehlakının azaldılması daxil olmaqla, qaydaların yenidən nəzərdən keçirilməsinə çağırırlar.
Mikroplastiklərin və zərərli maddələrin məhsullara miqrasiyasını yoxlamaq üçün yeni üsullara da ehtiyac var.
Xəzər
“Cebheinfo.az”