Belçikadan Ukraynaya milyard avroluq yardım

Belçikadan Ukraynaya milyard avroluq yardım

Belçikanın müdafiə naziri Teo Franken ölkəsinin bu il Ukraynaya təqdim edəcəyi 1 milyard avroluq hərbi yardım paketinin təfərrüatlarını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Paketə 20 modernləşdirilmiş “Cerber” hava hücumundan müdafiə sistemi, yeni top qülləsi olan “Leopard” tankı və yüzdən çox zirehli təcili yardım maşını daxildir.

Belçikanın Ukraynaya göndərəcəyi hərbi ləvazimatlar arasında - 16 mindən çox silah, 5 pilotsuz dəniz vasitəsi, müxtəlif dron sistemləri, gecəgörmə cihazları, kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) mühafizə vasitələri, portativ dron aşkarlama sistemləri yer alır.

Yardım paketinin 645 milyon avrosunun Belçika şirkətləri vasitəsilə təmin edildiyini deyən Franken, "Bu qaynaqların əhəmiyyətli bir hissəsi iqtisadiyyatımıza qayıdır və müdafiə sektorumuzda məşğulluğu dəstəkləyir" deyib.

Nigar Hacılı 
"Cebheinfo.az"