Qaxda avtobus yanıb

Qaxda avtobus yanıb

Qax şəhərində marşrut avtobusu yanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin polis zabiti Sadıx Axundov Oxu.Az-a verdiyi məlumatda qeyd edib ki, hadisə zamanı xəsarət alan olmayıb.

"Mayın 19-da gecə saat 3 radələrində Qax şəhər sakini Osman Mixail oğlu Qabulovun idarə etdiyi 34-BG-747 dövlət nömrə nişanlı marşrut avtobusu yanıb. Avtomobilin yanmasına səbəb ərazidən keçən elektrik naqilinin qırılaraq onun üstünə düşməsi olub. Hadisə baş verən zaman avtobus hərəkətdə olmayıb. Yanğın zamanı heç kimi xəsarət almayıb", - məlumatda bildirilib.

"Cebheinfo.az"