Mahirdən Almaniyada het-trik - VİDEO

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü tur oyunun keçirir.
“Qafqazinfo” xəbər verir ki, komanda səfərdə “Ayntraxt Braunşvayq”la qarşılaşır.
Oyuna start heyətdə başlayan Mahir matçın ilk hissəsində het-triklə yadda qalıb.
Emreli 10-cu dəqiqədə hesabı açıb, 20-ci dəqiqədə komandasının 2-ci, 45+1-ci dəqiqədə isə 3-cü qolunu vurub. O, 20-ci dəqiqədə həm də sarı vərəqə alıb.
Qeyd edək ki, həmyerlimiz mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun “Nürnberq”də son oyunudur.
M.Emreli bu matça qədər 2-ci Bundesliqada 23 oyuna 7 qol vurmuşdu. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib.
17:30. “Ayntraxt Braunşvayq” – “Nürnberq” - 0:4 (Birinci hissə)
Qolllar: Mahir Emreli, 10 (0:1), 20, (0:2), Justvan, 31 (0:3), Mahir Emreli, 45+1 (0:4)
"Cebheinfo.az"