Mingəçevirdə ağır qəza: Xəsarət alanlar var

Mingəçevirdə "KIA" markalı minik maşını "Chevrolet" markalı minik maşını ilə toqquşub.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərinin "Alaqapı" adlanan ərazisində qeydə alınıb.
Hadisə nəticəsində "KIA"da olan sərnişinlər - Ucar rayon sakini, 1960-cı il təvəllüdlü Svetlana Səmədova və 1968-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Şamba Süleymanova xəsarət alıblar.
Hər iki yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"