Xatun Könül Kərimovadan danışdı: “Onu parodiya etməyim...”

Xatun Könül Kərimovadan danışdı: “Onu parodiya etməyim...”

Müğənni Xatun Əliyeva Əməkdar artist Könül Kərimova ilə mübahisəsindən danışıb.

"Cebheinfo.az" xəbər verir ki, sənətçi "El canlı" verilişində onu parodiya etməsinin qalmaqala səbəb olduğunu deyib:

"Parodiyalarım arasında müsibətə dönən Könül Kərimova olub. Ona dedim ki, sizi bir daha parodiya etməyəcəyəm. Sözümün də üstündə durdum. Bəzən elə olub kimisə parodiya etmişəm, gəlib salamlaşmışam. Amma cavab verməyib. Sonra deyiblər ki, onu parodiya etdin, küsüb. düşünürdüm ki, kimisə parodiya etsəm, küsməz".

"Cebheinfo.az"