Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 502,3 milyon manat olub.
"Cebheinfo.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 414,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,8 %-ini təşkil edib.
Bu ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 440,1 manatlıq və ya 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə nominal ifadədə 65,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
"Cebheinfo.az"