Tramp Çinə səfər edəcək

Tramp Çinə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp xarici siyasət və iqtisadi məsələləri müzakirə etmək üçün Çinə səfər etməyə hazır olduğunu bildirib.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Trampdan xarici səfərdə Si Cinpin ilə görüşmək istəyib-istəmədiyini soruşduqda, “Mən mütləq istərdim” deyib. 

O, əlavə edib ki, Çin və ABŞ arasındakı münasibətlər vacibdir.İkinci prezidentlik müddətində Tramp dəfələrlə Çin lideri ilə danışmaq istəyini bildirib.

Həftənin əvvəlində o, Trampın Çin mallarına yüksək tarifləri ilə başlayan ticarət müharibəsində müvəqqəti barışıq haqqında razılığa gəldikdən sonra iki ölkənin nümayəndələrinin Si Cinpin ilə telefonla danışa biləcəyini proqnozlaşdırmışdı.

90 günlük bu razılaşmaya əsasən, ABŞ Çindən idxal etdiyi məhsullar üçün tarifləri 145 faizdən 30 faizə, Çin isə ABŞ mallarına tətbiq etdiyi tarifləri 10 faizə endirdi.

Çin lideri ilə əlaqə saxlamaq istəyinə baxmayaraq, Tramp Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə yenicə yekunlaşan səfərini bu ölkələri Pekinin təsir dairəsindən kənarda saxlamaq üçün bir addım kimi qiymətləndirir. 

Müşfiq Abdulla
“Cebheinfo.az”