“Samsung” daha bir yeniliyə imza atacaq

“Samsung” daha bir yeniliyə imza atacaq

"Samsung" şirkəti yaxın gələcəkdə telefonlarında paslanmayan poladdan hazırlanan yeni nəsil batareya texnologiyası, "SUS CAN"-dan istifadə etməyə hazırlaşır.

"Cebheinfo.az" bildirir ki, bu yenilik sayəsində batareyanın şişməsi və zəif tutum kimi problemlər artıq keçmişdə qalacaq.Texnologiya nəhəngi "Samsung" "Steel Use Stainless" adlanan, yəni "SUS CAN" adlı bu yeni batareya texnologiyasını yaxın illərdə istehsal edəcəyi smartfon modellərinə tətbiq etməyi planlaşdırır.

Yeni batareyalar əvvəlkilərlə müqayisədə daha çox enerji saxlayacaq və daha dayanıqlı olacaq.

"Samsung" şirkətinin bu texnologiyadan gözləntisi təkcə batareyanın gücünü artırmaq deyil, eyni zamanda batareyanın şişməsi kimi tez-tez rast gəlinən problemlərin də qarşısını almaqdır."SUS CAN" texnologiyasında batareyalar paslanmayan poladdan hazırlanmış xüsusi bir korpusla əhatə olunur.

Bu material alüminium qədər istiliyi yaxşı yaymasa da, onun davamlılığı və paslanmağa qarşı dözümlülüyü batareyaların ömrünü uzadır, yəni telefonunuz sizi daha uzun müddət yolda qoymayacaq.

Maraqlıdır ki, "Apple" da artıq bu texnologiyadan "iPhone 16 Pro Max" modelində istifadə etməyə başlayıb.

"SUS CAN" batareyalarının bir üstünlüyü də onların daha asan dəyişdirilə bilməsidir. 

"Samsung" şirkəti bu yeniliyi dəqiq nə vaxt telefonlarına tətbiq edəcəyini açıqlamasa da, şirkətin rəqabətdə önə çıxmaq üçün bunu çox da gecikdirməyəcəyi gözlənilir.

Səbinə Uğur
"Cebheinfo.az"