Suriyanın Dünya Bankına borcunu bu ölkələr ödədi

Suriyanın Dünya Bankına borcunu bu ölkələr ödədi

Suriyanın Dünya Bankına olan 15,5 milyon dollar borcu ödənilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Dünya Bankının mətbuat xidmətinin yaydığı sənəddə deyilir.

Dünya Bankı Suriyanın banka olan borcunun Səudiyyə Ərəbistanı və Qətər tərəfindən ödənildiyini açıqlayıb.

Xatırladaq ki, Qətər və Səudiyyə Ərəbistanı aprelin sonunda Suriyanın Dünya Bankına olan borcunu ödəmək öhdəliyini üzərinə götürüb.

Mayın 8-də Suriyanın keçid hökumətinin maliyyə naziri Məhəmməd Yasir Barnie Qətərin üç ay ərzində əməkhaqqı fondu üçün Suriyaya ayda 29 milyon dollar ayıracağını və bu müddətin uzadılması ehtimalının olduğunu elan edib.

“Cebheinfo.az”