Boris Pistoriusdan Avropa ölkələrinə ÇAĞIRIŞ

Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, Avropa ölkələri Rusiya ilə Ukrayna arasında atəşkəsin elan olunacağı günə hazır olmalıdır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "ARD" telekanalının “Tagesschau” proqramı yayıb.
“Atəşkəs qüvvəyə minəcək “X” gününə hazır olmalıyıq”, - deyə Pistorius bildirib.Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib.
Görüşün nəticəsində Moskva və Kiyev “1000-ə qarşı 1000” prinsipi ilə əsir mübadiləsinə razılaşıblar, mümkün atəşkəsin konturlarını müəyyənləşdirərək onu detallı şəkildə yazılı şəkildə təqdim etməyə və danışıqları davam etdirməyə qərar veriblər.
Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Moskva danışıqların nəticəsindən razıdır.Onun sözlərinə görə, Ukrayna dövlət başçıları arasında birbaşa danışıqların aparılmasını təklif edib və Rusiya bu təklifi “nəzərə alıb”.
Səbinə Uğur
"Cebheinfo.az"