Ərdoğan: "Türkiyə PKK-nın silahı yerə qoymasına nəzarət edəcək"

Ərdoğan: "Türkiyə PKK-nın silahı yerə qoymasına nəzarət edəcək"

"Türkiyə qadağan olunmuş və terrorçu təşkilat kimi tanınan Kürd Fəhlə Partiyasının (PKK) özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qəbul edilən qərarların icrasına ciddi nəzarət edəcək".

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Terrorçu təşkilat silahı yerə qoymalıdır, buraxılma qərarı tam şəkildə yerinə yetirilməlidir. Qəbul olunan qərarların icrasını diqqətlə izləyəcəyik", - deyə Türkiyə prezidenti vurğulayıb.

"Rəcəb Tayyib Ərdoğan sülh və rifahı yalnız özü üçün yox, ölkəsi və region üçün istəyir. Bunu yaxşı anlamaq lazımdır. Regionda iqtisadi yüksəliş sülh mühiti ilə müşayiət olunacaq. Xalqımın Türkiyənin şərq və cənub-şərqindəki həyatı köklü şəkildə dəyişəcək", - deyə prezident əlavə edib.

"Cebheinfo.az"