“Aparıcılar efirdə düzgün danışa bilmir”

Müğənni İlhamə Qasımova aparıcıları tənqid edib.
"Cebheinfo.az" xəbər verir ki, sənəyçi “Günə bax” proqramında onların danışığında qüsur olduğunu deyib:
“Aparıcılıq mədəniyyəti itirilib. O vaxt aktrisa belə diksiyasına görə seçilirdi. Həmidə Ömərova deyirdi ki, rayondan gəlmişdim, danışığımda qüsur var idi, müəllimlərim mənə rol vermirdilər. Güzgü qarşısında məşq edirdim ki, danışığım düzəlsin. Aparıcılar gələndə müsabiqə keçirilirdi. İndi azadlığı, müasirliyi cılızlaşdırma ilə bərabər tuta bilmərik. Türkiyədə, İngiltərədə, Amerikada xəbər aparıcılarının diksiyası necə gözəldir. Bizdə bir neçə aparıcını çıxmaq şərtiylə hamısı “ç”, “c”, “Azərbaçan” deyir. Kənddə böyümüşəm, kəndçiyəm. Efirdən çıxacağam, amamla başqa dildə danışacağam. Amma efirdə ədəbi dildə danışıram. Sosial mediada baxırsan müasir yaraşıqlı, gənc adamdı, danışanda görürsən “ç, c” deyir”.
"Cebheinfo.az"