İsrailə “Eurovision” şoku

İsrailə “Eurovision” şoku

İspaniya dövlət televiziyası RTVE İsveçrənin Bazel şəhərində keçirilən “Eurovision” Mahnı Müsabiqəsinin ikinci yarımfinalında İsrailin səhnəyə çıxışı zamanı Qəzzada öldürülən 50 mindən çox insanı xatırladıb. 

"Cebheinfo.az" xəbər verie ki, RTVE-nin “Eurovision” yayımındakı şərhçiləri Toni Aqilar və Xuliya Varela İsraili təmsil edən Yuval Raphaeli səhnəyə çıxmazdan əvvəl göstərilən təqdimat videosu zamanı bir xatırlatma ediblər. 

Onlar apreldə RTVE-nin Avropa Yayım İttifaqına etdiyi İsrailin müsabiqəyə qatılmasının müzakirəyə çıxarılmasını tələb edən müraciətini bir daha tamaşaçılara çatdırıblar. İspan şərhçilər “Bu il RTVE “Eurovision”-da İsrailin iştirakının müzakirə olunmasını istəyib. 

Birləşmiş Millətlər Təşkilatına görə, Qəzzədəki İsrail hücumları nəticəsində həyatını itirənlərin sayı 50 mini keçib və onların 15 mindən çoxu uşaqdır. Bu, hər hansı bir ölkəyə qarşı yönəlmiş bir petisiya deyil, bu, sülhə, ədalətə və insan hüquqlarına hörmət çağırışıdır”, -deyə qeyd ediblər. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"