İsrail Qəzzada yeni miqyaslı hücuma başlayıb

İsrail Qəzzada yeni miqyaslı hücuma başlayıb

İsrail "Gideonun cəng arabaları" əməliyyatı çərçivəsində Qəzza zolağında miqyaslı hücumlara başlayıb.

Oxu.Az "12 kanal"a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) bəyanat yayıb.

"Son günlər ərzində genişmiqyaslı hücumlara başladıq və Qəzza zolağında ərazilərə nəzarəti ələ keçirmək üçün qüvvələr yeritdik.

Bu, "Gideonun cəng arabaları" əməliyyatının ilkin mərhələsinin bir hissəsidir", - deyə bəyanatda bildirilir.

"Cebheinfo.az"