Ermənistanda yanğın nəticəsində bir nəfər xəsarət alıb

Ermənistanın Vanadzor şəhərində yaşayış binalarından birində yanğın baş verib.
“Report” Erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə DİN-in Xilasetmə Xidməti məlumat yayıb.
Yanğın nəticəsində bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib
Xilasedicilər binanın 15 sakinini təxliyə ediblər.
Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadasının iki döyüş heyəti göndərilib.
"Cebheinfo.az"